"Qəbələ" Yaovi Akakpo ilə bağlı qərar verə bilmir.

Rekord.az xəbər verir ki, komandaya yeni gələndə özünü yaxşı tərəfdən göstərən legioner futbolçu daha sonra ciddi zədə alaraq yaşıl meydançalardan uzaq düşdü.

Uzun müddətdir ki, müalicə-bərpa kursu keçir, amma hələ də tam sağalaraq komandaya qoşulması mümkün olmur. Klub rəhbərliyi isə onun komandada qalıb-qalmaması ilə bağlı qərar verə bilmir. Çünki bu formada qalması lazım deyil. Adam fakt komandayha kömək edə bilmir, amma havayə maaş alır. Göndərilməsini də ona görə istəmirlər ki, bunca müddətdir müalicəsi üçün böyük məbləğdə vəsait xərclənib və oynayıb qarşılığını öz oyunu ilə verməlidir.