Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Oyun “Titanik” meydançalarında keçirilib və “Qəbələ”nin üstünlüyü şəraitində keçib. Azərbaycan təmsilçisi rəqibinə böyük hesabla qalib gəlib.

“Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

Yoxlama oyunu
18 yanvar

Qəbələ – Çayka (Rusiya) 3:0
Qol: İvitsa Juniç, 6. Rövlan Muradov, 35. Ülvi İsgəndərov, 51.
Antalya, “Titanik” meydançaları.

Qəbələ: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 19. Rövlan Muradov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Giqauri.