Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Səbail” oyununun baş hakimi dəyişib.

Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Rəhim Həsənov şəxsi səbəblərdən Qəbələyə yollana bilməyəcək.

Bu barədə Hakimlər Komitəsindən məlumat verilir. Komitənin yeni qərarına əsasən, onu Rəşad Əhmədov əvəzləyəcək.

Bu gün keçiriləcək “Qəbələ” – “Səbail” matçına saat 15:00-da start veriləcək.