Qəbələdə təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Qəbələ” ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 1:2. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə hesabı 6-cı dəqiqədə penaltidən fərqlənən Rauf Əliyev açıb. 80-ci dəqiqədə Hendrik Ekşteyn bakılıların hesabdakı üstünlüyünü daha da artırıb. 88-ci dəqiqədə isə meydan sahiblərinin gürcü legioneri Merab Giqauri matçda yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl ilk yoxlama görüşündə "Zirə" ilə qolsuz heç-heçə etmişdi.

Yoxlama oyunu
31 iyul

Qəbələ – Səbail 1:2
Qollar: Merab Giqauri, 88 - Rauf Əliyev, 6-pen. Hendrik Ekşteyn, 80.