“Qəbələ” Misli Premyer Liqasının 18-ci turunda “Sabah”la qarşılaşacaq.

Rekord.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın iki futbolçusu iştirak etməyib. Zurab Oçiqava və Fares Abu Akel bərpa prosesi keçir. 

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” görüşü saat 16:00-da başlayacaq.