“Qəbələ” son sınağından heç-heçə ilə ayrıldı
- 25 Yan 2020 20:27
- 857
Mövsümün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyadakı sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib.
Görüş “Arkadia” meydançalarında keçirilib. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçına Bakı vaxtı ilə saat 18:30-da start verilib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlmişdi.
Yoxlama oyunu
25 yanvar
Qəbələ – Konkordiya (Rumıniya) 2:2
Qol: Asif Məmmədov, 21. Amin Seydiyev, 52.
“Arkadia” meydançaları.
Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov, Sadiq Quliyev, Amin Seydiyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Fernan Lopes, Murad Musayev, Rövlan Muradov, Ülvi İsgəndərov, Yusif Nəbiyev.