AFFA İntizam Komitəsi “Qəbələ” və “Turan Tovuz” klublarını cərimələyib.

Rekord.az xəbər verir ki, buna komandalar arasında Azərbaycan Premyer Liqasının 14-cü turunun oyununda baş verən qayda pozuntuları səbəb olub.

Qarşılaşmanın 86-cı dəqiqəsində topdaşıyanlar meydana daxil olduğuna görə “Qəbələ” 500 manat cərimə edilib. 90+2-ci dəqiqədə isə “Turan Tovuz” azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün Tovuz təmsilçisi 1500 manat ziyana düşüb.

Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.