"Qəbələ" qış transfer dönəmində ciddi transferlər etməyəcək.

Rekord.az xəbər verir ki, danışıqlar gedən 1-2 futbolçu var, alınsa onların icarəyə götürülməsi baş verə bilər.

Rəhbərlik əldə olan vəsaiti ölkə xaricində toplanış keçməyə xərcləməyi üstün tutub. Toplanış Antalyada, 6-16 yanvar aralığında baş tutacaq.