Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Açılış matçında "Qəbələ" "Dalğa Arena"da "Araz-Naxçıvan"la üz-üzə gəlib.Naxçıvan təmsilçisi bu oyunda sensasion qələbəyə imza atıb.

Günün digər oyununda isə "Zirə" evdə "Kəpəz"lə qarşılaşıb. Meydan sahibləri bu oyunda ardıcıl ikinci qələbəyə seviniblər.

Bu turun "Qarabağ" - "Turan Tovuz" oyunu avqustun 13-də, "Neftçi" - "Səbail" matçı avqustun 14-də baş tutacaq. "Sumqayıt" – "Sabah" matçı təxirə salınıb.

Azərbaycan Premyer Liqası
2-ci tur

12 avqust

"Araz-Naxçıvan" - "Qəbələ" 2:0 
Qol: İsmail Azzaui, 17. Elvis Maşike, 83.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
"Dalğa Arena"

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

“Zirə” – “Kəpəz” 1:0
Qol: Qismət Alıyev, 64.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu, 21:00

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 44. Nihat Fərəci, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.