"Qəbələ" yeni legionerlərinə 500 manat maaş verəcək
- 15 Sen 2021 14:00
- 790
Xəbər verdiyimiz kimi, “Qəbələ” heyətinə daha 2 legioner cəlb edib.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi Nigeriyadan yeni oyunçular gətirib.
Bunlar Çiçin Akande və Munaçi Okvaradır. Yarımmüdafiə xəttində çıxış edən adıçəkilən oyunçulardan Akandenin 18, Okvaranın isə 20 yaşı var.
Hər iki afrikalı “Qəbələ”nin əvəzedici heyətinin I Divizion üçün iştirak ərizəsinə salınıb. Ancaq onlar istənilən vaxt əsas əsas komandanın heyətində Premyer Liqada iştirak edə bilər.
Onlar “Lion Hart”ın yetirməsidir. Nigeriya klubu yaxınlarda Azərbaycana səfər edib, Qəbələdə təlim-məşq toplanışı keçib. Akande və Okvara bu hazırlıq prosesinin gedişində “qırmızı-qaralar”ın diqqətini çəkib.
Əyalət klubu nigeriyalıları qalmağa yer və qida ilə təmin edib. Maaşa gəlincə, məbləğ simvolikdi. Hər futbolçuya aylıq 500 manat maaş veriləcək. Loru dildə desək, küçəyə çıxanda ciblərində pul olsun deyə.