"Qəbələ" yeni məşqçi gətirməkdən imtina etdi
- 15 İyl 2021 16:00
- 865
“Qəbələ” fiziki hazırlıq üzrə məşqçi olmadan yeni mövsümə start verəcək.
Rekord.az xəbər verir ki, bu barədə klubdan sportinfo.az-a bildirilib.
Buna səbəb kimi maliyyə çatışmazlığı göstərilib.
Qeyd edilib ki, son olaraq “Səbail”ın sabiq məşqçisi Toni Boqdanovski ilə əlaqə saxlanılsa da, makedoniyalı şərtlərlə razılaşmayıb.
Elmar Baxşıyevin fiziki hazırlıq üzrə köməkçisi Vladimir Şeludko 2 ay öncə düşərgədən ayrılıb. Bir neçə ildir “qırmızı-qaralar“a xidmət göstərən ukraynalı mütəxəssis bundan sonra fəaliyyətini “Sabah”da davasm etdirəcək.
O, vaxtilə “Qəbələ“də birgə çalışdığı, yaxınlarda isə Masazır təmsilçisi ilə 2 illik müqavilə bağlayan Ramin Quliyevin dəvətiylə bu addımı atıb.