“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirir.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda bu gün yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” 1-ci divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib. Məhsuldar keçən qarşılaşmada 5 qol vurulub. “Qəbələ” ikinci komanda üzərində 4:1 hesablı qələbə qazanıb.