1-ci Liqada 1-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Qəbələ” - “Zaqatala” matçı qolsuz yekunlaşıb. MOİK isə “Mingəçevir”ə məğlub olub.

1-ci Liqa
1-ci tur

13 sentyabr

MOİK – “Mingəçevir” 1:2
Qollar: İbrahim Əliyev, 90+1-pen – Aqil Nəsibov, 20. Taleh Fərmanov, 70.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Qəbələ” – “Zaqatala” 0:0
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.
Qəbələ şəhər stadionu, 17:00.

Turun digər oyunları:
“Karvan” – “Qaradağ Lökbatan” 1:0
“Difai” – “Cəbrayıl” 0:1
“İmişli” – “Baku Sportinq” 1:2