Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, turun açılış matçında qarşılaşacaq “Səbail”lə “Keşlə”nin oyununu Rauf Cabbarov idarə edəcək.

“Qəbələ” – “Zirə” qarşılaşmasını isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası
7-ci tur

16 oktyabr

Səbail – Keşlə
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”, 15:00.

Qəbələ – Zirə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.