Azərbaycan Premyer Liqasının 10-cu turunun "Səbail"lə səfər qarşılaşmasından (2:0) sonra "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev milli komandaya görə yaranmış fasiləni və göstərilən müsbət nəticələri nəzərə alaraq kollektivə 3 günlük istirahət verib.

Rekord.az xəbər verir ki, dünən həmin fasilə başa çatıb və bölgə klubu növbəti turun hazırlığına başlayıb.

Komanda qarşıdakı tur doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.

Əla mövsüm keçirən Elmar Baxşıyevin komandası 10 turdan sonra 18 xalla "Qarabağ"dan sonra turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Hazırda ab-havanın yüksək səviyyədə olduğu kollektiv uğurlu çıxışını fasilədən sonra da davam etdirməyə çalışacaq.

Hər halda klub rəhbərliyi öz üzərinə düşəni edib. Son qələbəyə görə futbolçuların hər birinə 700 manat mükafat ayrılıb. (sportinfo.az)