![photo](https://www.rekord.az/storage/uploads/5/370381500-723951693078921-4344462542009398979-n.jpg)
“Qəbələ”də bir itki
- 17 Sen 2023 00:31
- 285
“Qəbələ” Premyer Liqanın 6-cı turunda “Turan Tovuz”la qarşılaşacaq.
Rekord.az xəbər verir ki, Tovuzdakı matçın hazırlığında “qırmızı-qaralar”ın bir futbolçusu iştirak etməyib.
Fares Abu Akel zədədən sonra bərpa prosesi keçir.
Xatırladaq ki, sabah Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” - “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.