"Zirə"dən yenidən "Qəbələ"yə qayıdan Cavid Hüseynov maddi baxımdan da xeyli geri düşüb.

Rekord.az-a daxil olan məlumata görə, Hüseynov "Zirə"də təxminən 13-14 min manat aylıq maaş alırdı.

Hazırda "Qəbələ"dəki maaşı 3 min manatdan yuxarı deyil.

Maraq üçün deyək ki, Cavid bir vaxtlar "Qəbələ"dən bundan 5 dəfə artıq maaş alırdı.