Qəbələdə “Heydər Əliyev İli” çərçivəsində futzal turniri keçirilib
- 22 Dek 2023 23:00
- 238
Qəbələ Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində rayonun idarə, müəssisə və təşkilatları arasında “Heydər Əliyev İli” çərçivəsində keçirilən futzal üzrə xatirə turnirinin finalı və qaliblərin mükafatlandırılma mərasimi keçirilmişdir.
Rekord.az xəbər verir ki, 16 komandanın qatıldığı turnirin final mərhələsində maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda FHN-nin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsi komandası 1-ci yeri, Rayon Polis Şöbəsinin komandası 2-ci yeri, Qəbələ Beynəlxalq Hava Limanı komandası 3-cü yeri tutmuşlar.
Qalib komandalara, hakimlər heyətinə və turnirdə fərqlənən oyunçulara kubok və diplomlar təqdim edilmişdir.