“Qəbələ” Premyer Liqanın 28-ci turunun “Neftçi” ilə ev oyununun hazırlıq prosesini başa vurub. 

Rekord.az xəbər verir ki, iki futbolçu komandanın məşqində iştirak etməyib.

Asif Məmmədov və Ülvi İsgəndərov bərpa prosesi keçirlər.

Martın 29-da Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Neftçi” qarşılaşmasına saat 16:30-da start veriləcək.