"Qəbələ"nin qışda bəzi legionerləri ilə yollarını ayıracağı haqda məlumat vermişdik. Xüsuilə yüksək maaş alıb, o qədər də çox oynamaq şansı qazanmayanlardan söhbət gedir.

Rekord.az-a daxil olan məlumata görə, qışda maaşlarda yenidən azalma ola bilər.

Buna səbəb Tale Heydərovun klubdan tamamilə əl çəkməsidir. Artıq bununla bağlı mətbuatda məlumatlar da gedir. Yazılanlar doğru olarsa, o zaman büdcənin bir qədər də azalacağı qaçılmaz olacaq ki, bu da maaşlarda öz təsirini göstərəcək.