Mövsüm öncəsi maddi cəhətdən ciddi sıxıntı çəkən "Qəbələ" son anda AFFA-nın maliyyə dəstəyi ilə çempionata qatıla bildi.

Lakin Rekord.az xəbər verir ki, klubda maddi durum yenə də ürəkaçan deyil.

Əvəzedici komandanı ləğv edən, futbol akademiyasında ixtisarlar aparan klub rəhbərliyi mükafat fondunu da ləğv edib. Yəni futbolçular ancaq maaşa oynayacaq və qələbələrə görə mükafat olmayacaq.