"Qəbələ"nin yeni transferlərindən olan Kamal Mirzəyev zədə səbəbindən uzun müddətdir ki, komandaya kömək edə bilmir.

Rekord.az xəbər verir ki, Qətərdən vətəbə qayıdan futbolçu 6 aydır ki,  yaşıl meydançalardan uzaqdır.

Nəhayət zədəsini sağaldan  Mirzəyev məşqlərə başlayıb. Aprel ayından etibarən isə "Qəbələ" formasında oyunlara çıxması gözlənilir. Lakin onun növbəti mövsümdə də "Qəbələ"də qalması özündən asılı olacaq. Belə ki, mövsümün sonuna kimi meydançaya çıxdığı oyunlarda özünü sübut edə bilsə, onunla yeni müqavilə bağlanacaq.