Qəbələ rayonunda qolf meydançasının ərazisindən oğurluq edən şəxs saxlanılıb.

Rekord.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qolf meydançasının ərazisindən 670 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən oranın gözətçisi P.Məmmədov və şəhər sakini M.Şeydayev saxlanılıblar.

İsmayıllıda isə Olimpiya İdman Kompleksindən müxtəlif idman ləvazimatları, idman velosipedləri və idman döşəkçələri oğurlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.