Qəbələdə stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib
- 08 Noy 2023 12:43
- 289
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “08 Noyabr Zəfər Günü” münasibətilə Qəbələ şəhər Olimpiya İdman Kompleksində stolüstü tennis idman növü üzrə kişilər arasında rayon birinciliyi keçirmişdir.
Rekord.az xəbər verir ki, ilk öncə torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Elçin Osmanov iştirakçıları bayram münasibətilə təbrik edərək, Azərbaycan Ordusu, Azərbaycan əsgəri ərazi bütövlüyümüzün təmin olunması missiyasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam və qəti qələbəyə nail olaraq həyata keçirdiyi barədə məlumat verdi. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə Mirkamalov Ramiz Mirnemət oğlu, ll yerə Xəlilov Möylam Əlyəddin oğlu, lll yerə isə Hacıyev Əli Təmi oğlu layiq görüldü. Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və kubokları ilə təltif olundu.