“Qəbələ” Premyer Liqanın 2-ci turunun bu gün keçiriləcək oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq.

Rekord.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmada üç futbolçu iştirak etməyəcək.

Asif Məmmədov, Zurab Oçiqava və Fares Abu Akel zədədən sonra bərpa prosesi keçdiyi üçün “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Zurabın gələn həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşü saat 18:30-da başlayacaq.