"Qəbələ"də yeni legioner
- 01 Sen 2021 11:00
- 710
“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi xeyli vaxtdı danışıq apardığı Omar Haninin transferini bitirib. “Qəbələ” iordaniyalı forvardla "1+1" şərti ilə müqavilə razılaşıb. Oyunçu bu gün Bakıya gələcək. Münasibətlər yəqin ki, sabah rəsmiləşəcək.
Qeyd edək ki, Haninin son klubu Cənubi Kipr təmsilçisi “Olimpiakos" (Nikosiya) olub. ("Futbol plus")