"Qəbələ"dən ayrılan məşqçi "Sabah"da çalışacaq
- 29 May 2021 15:45
- 623
“Qəbələ”nin fiziki hazırlıq üzrə məşqçisi Vladimir Şeludko komandadan ayrılıb.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis fəaliyyətini yenə də Azərbaycanda davam etdirəcək.
45 yaşlı mütəxəssis “Sabah”ın məşqçilər korpusunda yer alacaq. O, əvvəllər “Qəbələ”də birgə çalışdıqları Ramin Quliyevin köməkçilərindən biri olacaq. Şeludkonun əsas işi reabilitasiya üzrə məşqçidi. O, uzun müddət zədədən əziyyət çəkən futbolçuların reabilitasiyası proqramını tərtib edir və bərpasını təmin edir.
Qeyd edək ki, Şeludko artıq 10 ildir ki, Azərbaycandadı. Daha əvvəl mütəxəssis Kaxaber Tsxadadzenin çalışdırdığı digər paytaxt təmsilçisi “İnter”də (“Keşlə”) işləyib. (sport24.az)