“Qəbələ”dən ayrıldı, “Zirə” ilə müqavilə bağladı
- 21 Dek 2019 20:29
- 1123
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün “Qəbələ” ilə vidalaşn Davit Volkovla müqavilə bağlayıb.
24 yaşlı gürcüstanlı hücumçu ilə müqavilənin müddəti 1 il yarımdı.
“Qəbələ”dən əvvəlki klubu “Saburtalo” olan Volkov 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni” (2016) komandalarında çıxış edib. O, 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.
Xatırladaq ki, “Zirə” Volkovdan öncə bu gün “Səbail”dən ayrılan Azərbaycan millisinin hücumçusu Ağabala Ramazanovu da transfer etmişdi.