“Qəbələ”dən ayrıldı, “Zirə”nin rəqibinə keçdi
- 05 İyl 2024 10:00
- 145
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tiraspol təmsilçisi may ayında "Qəbələ"dən ayrılan Əyyub Allaşı transfer edib.
Mərakeşli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Əyyub Allaş "Qəbələ"də 56 matçda 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də Moldovada keçiriləcək. Cavab görüşü 1 həftə sonra Bakıda olacaq.