Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Tura Qəbələdə start verilib. Burada şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Bu komandaların ilk dövrədəki duelində qalib müəyyənləşməmişdi – 1:1. Bu dəfə isə əyalət təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

Günün digər oyunu “Keşlə” ilə “Neftçi” arasında baş tutub. Bu komandalar da ilk dövrədə heç-heçəyə razılaşmışdılar – 0:0. Bu oyunda isə "Neftçi" hesabı açan tərəf olsa da, qalan dəqiqələrdə iki qol vuran "Keşlə" meydanı əzmkar qələbə ilə tərk edib.

Turun qalan iki oyunu bazar gününə təsadüf edəcək. “Sabah” “Sumqayıt”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
11-ci tur

9 noyabr

“Qəbələ” – “Səbail” 3:0
Qol: D.Volkov, 22; 45+2. Ü.İsgəndərov, 90+2.
Qırmızı vərəqə: Ə.Sadıxov, 80.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev.
Baş məşqçi: Azər Bağırov.
Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 1. Aleksandr Rıbka, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 5. Vüqar Bəybalayev, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.

“Keşlə” – “Neftçi” 2:1
Qol: F.Flores, 63. S.M.Kolli, 82 - D.Gerye, 45.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov.
“ASCO Arena”, 17:00.

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.