Xəbər verdiyimiz kimi, Anar Nəzirov “Qəbələ”dən ayrılaraq, “Zirə”yə keçib.

Rekord.az xəbər verir ki, əslində qapıçı özü Qəbələ klubunda qalmağın əlehinə deyildi.

Lakin maddi durumun düzəlməməsi, klubun büdcəsinin hələ də təsdiqlənməməsi Nəzirovu qəti addım atmağa məcbur edib. Məhz maddi təminatın olmaması səbəbindən “Zirə”dən gələn təklifi qəbul edib.