Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşıb.

“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. "Qəbələ"nin yeganə qolunu 50-ci dəqiqədə Ülvi İsgəndərov vurub.

Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlmişdi.