"Qəbələ"ni gözləyən təhlükə: I Liqaya düşsə...
- 31 Yan 2024 13:00
- 585
"Qəbələ" I Liqaya düşsə, komandanın yaşayacağı sual altına düşəcək.
Rekord.az xəbər verir ki, bunun bir sıra səbəbləri var.
Əsas səbəb büdcə ilə bağlıdır. Çünki Premyer Liqadan fərqli olaraq, aşağı liqada dövlət tərəfindən klublara ayrılan vəsait 3 milyon yox, 300 min manat olacaq. Bu isə kütləvi ixtisarlar deməkdir. Liqanın səviyyəsi azaldığı üçün hazırkı qədər geniş işçi qüvvəsi saxlamağa da ehtiyac qalmayacaq. Nəzərə alaq ki, 2024-cü ildən ölkədə gəlir vergisi 5 faizdən 20 faizə qaldırılıb ki, bu da klublar üçün ciddi zərbə ola bilər. I Liqada çıxış edən klublar üçün xüsusilə ağır olacaq. Bu mənada "Qəbələ" rəhbərliyi məşqçilər korpusu və futbolçulardan nəyin bahasına olursa-olsun, elitada qalmağı tələb edir. Əks halda, "Qəbələ" fəaliyyətini dayandıra bilər.