“Qəbələ”nin avrokubok “11-liy”i
- 04 May 2020 16:05
- 725
2014-cü ildən avrokubokların daimi iştirakçısına çevrilən “Qəbələ”nin qitə miqyaslı turnirdə 71 futbolçusu meydana çıxıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, ardıcıl 6 mövsüm UEFA Avropa Liqasında qüvvəsini sınayan “qırmızı-qaralar”ın oyun sayında rekordçusu Dmitri Bezotosnıdı.
Ukraynalı qapıçı 32 avrokubok matçında komandanın şərəfini qoruyub. İkinci göstəriciyə malik olan Voyislav Stankoviç ondan üç oyun geri qalır. 3-cü yerə Rikardinyo və Sergey Zenyov şərikdi. Onların hərəsinin hesabında 27 matç var. Yerli futbolçular arasında Asif Məmmədovla Rəşad Sadiqov öndədir. Onlar 22 avrokubok qarşılaşmasının iştirakçısı olub.
Ümumilikdə 11 futbolçu 15 və ya daha çox oyunda meydana çıxıb.
“Qəbələ”nin heyətində 15 və daha çox avrokubok oyunu keçirənlər:
1. Dmitri Bezotosnı – 32
2. Voyislav Stankoviç – 29
3. Rikardinyo – 27
4. Sergey Zenyov – 27
5. Vitali Vernidub – 26
6. Asif Məmmədov – 22
7. Rəşad Sadiqov – 22
8. Rafael Santos – 20
9. Filip Ozobiç – 18
10. Dodo – 15
11. Ürfan Abbasov – 15