![photo](https://www.rekord.az/storage/uploads/5/s-259.jpg)
“Qəbələ”nin avrokubok matçının biletləri satışa çıxarıldı
- 23 İyl 2023 16:00
- 282
Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də keçiriləcək "Qəbələ" - "Omoniya" matçının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2, 3 və 10 manat təşkil edir.
Biletləri "Qəbələ Hotel"də yerləşən fan-mağazadan əldə etmək olar.