“Qəbələ”nin avrokubok oyunu norveçli hakimlərə tapşırıldı
- 16 Okt 2023 19:00
- 274
Macarıstanda yerli “Puşkaş Akademiya” və "Qəbələ" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının birinci mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Məhəmməd Usman Aslama Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını macarıstanlı Marton Rusz yerinə yetirəcək.
“Puşkaş Akademiya” - "Qəbələ" görüşü oktyabrın 25-də, saat 18:00-da keçiriləcək. Tərəflər arasında Qəbələ şəhər stadionunda gerçəkləşən ilk oyun 1:1 hesabı ilə başa çatıb.