"Qəbələ"nin başı dərddə: təcili PRO kateqoriyalı məşqçi lazımdır
- 11 Okt 2019 15:00
- 864
Zaur Həşimovun "Zirə"yə gedişindən sonra "Qəbələ" çətin duruma düşüb.
Rekord.az xəbər verir ki Həşimov Qəbələ klubunda baş məşqçi olmasa da PRO kateqoriyası olduğu üçün adı protokolda baş məşqçi kimi gedirdi.
Sənan Qurbanovun vaxtında da belə idi. Çünki nə Qurbanovun nə də hazırkı baş məşqçi Elmar Baxşıyevin PRO kateqoriyası yoxdur. Artıq Həşimov "Qəbələ"dən ayrılıb. Demək ki 8-ci tura kimi PRO kateqoriyalı məşqçi tapmaq lazımdır ki yenidən adı protokolda baş məşqçi kimi yazılsın.