![photo](https://www.rekord.az/storage/uploads/5/q-62.jpg)
“Qəbələ”nin Boluda 2-ci sınağı
- 14 İyl 2023 23:34
- 260
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq.
Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” klubunun əsası 1976-cı ildə qoyulub. Klubun sahibi “Qazprom” şirkətidir. Tarixi ərzində müxtəlif liqalarda çıxış edən komanda 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.
Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.