“Qəbələ”nin daha bir futbolçusu koronavirusdan sağaldı
- 04 Dek 2020 18:00
- 585
“Qəbələ”nin daha bir futbolçusu koronavirusdan sağalıb.
Rekord.az xəbər verir ki, son olaraq, Ülvi İsgəndərovun test nəticəsi mənfi çıxıb.
Klubdan “Report”a verilən məlumata görə, hazırda komandada cəmi 1 aktiv koronavirus xəstəsi var. Bu da Ceyms Adeniyidir. Bunadək 8 oyunçuda infeksiya aşkarlansa da, onların əksəriyyəti sağalıb. Bu gün komanda üzvləri yenidən test verəcəklər.
Premyer Liqanın 12-ci turunun 4 oyunundan 3-ü - "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" matçları yoluxma səbəbindən təxirə salınıb. Peşəkar Futbol Liqası bu tur yalnız "Qarabağ" - "Qəbələ" görüşünün keçiriləcəyini açıqlayıb. Qəbələ" klubu səfər matçının təxirə salınması üçün öz tərəflərindən heç bir əsas görmədiyini bəyan edib.
Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması saat 16:00-da start götürəcək.