![photo](https://www.rekord.az/storage/uploads/5/premyer-liqa.png)
“Qəbələ”nin futbolçusu 3 oyunluq cəzalandı
- 16 Mar 2021 17:16
- 596
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” - “Zirə” oyununda matçın 29-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Merab Giqauri “aqresiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.
“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” - “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.