"Qəbələ"nin futbolçusu: "Anam koronavirusdan vəfat etməyib"
- 25 İyn 2020 12:00
- 759
"Anam bir müddət idi xəstəlikdən əziyyət çəkirdi".
Rekord.az xəbər verir ki, bunu apasport.az-a bu gün anası rəhmətə edən "Sabah"ın yeni transferi Amin Seydiyev deyib.
Futbolçunun anası 58 yaşında vəfat edib. "Qəbələ"dən paytaxt klubuna keçən gənc müdafiəçi anası Şəhla xanımın uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini vurğulayıb:
"Anamın koronavirusdan vəfat etməsi barədə iddialar var. Ancaq bu, heç də belə deyil. Anamda koronavirus xəstəliyi aşkarlanmayıb. Həm onun, həm də bizim testimizin cavabı mənfi çıxıb. Sadəcə, xəstəliyi var idi, ondan rəhmətə gedib".