Ötən mövsümün sonunda zədələnən “Qəbələ”nin futbolçusu Fares Abu Akel vətəni İsraildə ön çarpaz bağlarından əməliyyat olunub.

Rekord.az əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat uğurla nəticələnib.

Xatırladaq ki, Fares Abu Akel Azərbaycan Premyer Liqasının geridə qalmış mövsümünün 34-cü turu çərçivəsində baş tutan “Turan Tovuz”la ev oyununda (1:2) sıradan çıxmışdı.