Xəbər verdiyimiz kimi, ötən gün oynanılan "Neftçi" ilə "Qəbələ" arasındakı yoldaşlıq görüşündə qalmaqal yaşanıb.

Rekord.az xəbər verir ki, "Qəbələ"nin legioneri İsnik Alimi ilə dalaşan  Sezar Meza Kollidən üzr qırmızı vərəqə alaraq meydançadan qovulub.

Oyundan sonra məlum olub ki, qalmaqalda "Qəbələ"nin futbolçusu günahkar olub. Belə ki, o, bilərəkdən Meza Kolliyə qarşı kobud oynayıb. Paraqvaylı da onu sillə ilə vurub. Bununla belə, səhvini anlayan Alimi oyundan sonra Meza Kollidən üzr istəyib. Bununla da məsələ bağlanıb.