“Qəbələ”nin futbolçusu millinin heyətindən çıxarıldı
- 02 Fev 2020 16:30
- 750
Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətindən bir futbolçu çıxarılıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu, “Qəbələ”nin futbolçusu Sənan Qərimovdu.
Toplanışa dəvət olunmuş Qərimov səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdən çıxarılıb.