“Sabah” növbəti mövsüm üçün ilk transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubuyla razılıq əldə olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Müqavilə 2019/20 mövsümünün ardından qüvvəyə minəcək.

Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidi. O, 2017/18 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycan U-21 millisinin üzvüdü.