“Qəbələ” ilə müqaviləsinin müddəti bitən Klesio Bauk karyerasını Yunanıstanda davam etdirə bilər.

Rekord.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Apollon Smirnis” klubu yaxından maraqlanır. Bu barədə “sportime.gr” saytı məlumat yayıb.

Yeni mövsümdə Yunanıstan Super Liqasında mübarizə aparacaq “Apollon Smirnis” bu ölkə üçün yad olmayan Bauku heyətinə qatmaq niyyətindədir.

Mozambikli yarımmüdafiəçi 2016-2018-ci ildə Ynuanıstanın “Panetolikos” klubunda forma geyinib.

2019-cu ilin yayında “Qəbələ”yə keçən Baukun müqaviləsi ötən ayın sonunda bitib. “Qəbələ” Baukla yeni müqavilə danışıqlarını davam etdirir.