“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib. 

Rekord.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin yetirməsi olan Sənan Ağalarov mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu yeni komandasında icarə əsasında çıxış edəcək.