“Qəbələ”nin iki cüdoçusu idman ustası dərəcəsinə layiq görüldü
- 26 Yan 2021 19:42
- 908
“Qəbələ” İdman Klubunun iki cüdoçusu idman dərəcəsinə layiq görülüb.
Rekord.az xəbər verir ki, Gülşən Bəşirova və Aygün Hacıyeva (hər ikisi 44 kq) idman ustası normativini yerinə yetirib.
Buna cüdoçularımızın son illərdə qazandığı uğurlar səbəb olub. Gülşən 2019-cu ildə gənclər arasında ölkə çempionu adına yiyələnməklə, Aygün isə ötən il analoji yarışda qızıl medala sahib olmaqla milli komandanın üzvlərinə çevrilib. Onlar Qəbələnin ilk qadın idman ustaları kimi tarixə düşüblər.
Xatırladaq ki, “Qəbələ” İdman Klubunun 2013-cü ildən fəaliyyət göstərən cüdo bölməsinin 10-a yaxın təmsilçisi Azərbaycan yığmalarına dəvət alıblar. İmran Yusifov isə bölmənin idman ustası adına yiyələnən ilk yetirməsi olub.