İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.

“Qəbələ-2” – “Zirə-2” oyununun 54-cü dəqiqəsində “Qəbələ-2” komandasının 25 nömrəli futbolçusu İbrahim Ramazanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ-2” komandası 80 manat cərimə edilib.

“Qəbələ-2” – “Zirə-2” oyununun 90+5-ci dəqiqəsində “Qəbələ-2” komandasının 78 nömrəli futbolçusu İlkin Budaqov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qəbələ-2” komandası 150 manat cərimə edilib.

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyunu təhlükəsizlik nümayəndəsi olmadığına görə 5 dəqiqə gec başladığı üçün “Kəpəz-2” komandası 100 manat cərimə edilib.