"Qəbələ"nin gənc müdafiəçisi Rüfət Əhmədov üçün il erkən başa çatıb.
Rekord.az xəbər verir ki, U-21 millisinin düşərgəsində ağır zədə alan futbolçu dizindəki çarpaz bağların qırılması səbəbindən əməliyyat olunacaq.
O, ən yaxşı halda 2022-ci ilin mart ayında yaşıl meydançalara qayıda bilər.